USD/TRY yenidən ucuzlaşa bilər

21 Oktyabr 2019

Türkiyə ilə ABŞ ölkələri arasında Suriyada hərbi proseslərdə atəşkəs razılaşmanın əldə olunması, lirənin (TL) bahalaşmasına səbəb oldu.

USD/TRY yenidən ucuzlaşa bilər

Ötən həftə Türkiyə ilə ABŞ ölkələri arasında Suriyada hərbi proseslərdə atəşkəs razılaşmanın əldə olunması, dünya valyuta birjalarında Türk Lirəsinin (TL) bahalaşmasına səbəb oldu və nəticədə USD/TRY məzənnəsi ucuzlaşdı. Məzənnənin qiyməti dəstək həddi olan 5.75TL həddini aşağı istiqamətdə qıra bilmədi və bir gədər bahalaşdı, lakin qiymət 5.75TL həddini yenidən test edib, aşağı istiqamətdə qırarsa, qiymətin 5.50TL və 5.45TL həddlərinədək ucuzlaşa biləcəyi proqnozlaşdırılır.