USD/ZAR 13.55 səviyyəsinə kimi bahalaşa bilər

06 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında USD/ZAR valyuta cütlüyündə bahalaşma treyderlərin diqqət mərkəzindədir və daha da bahalaşa biləcəyi proqnozlaşdırılır.

USD/ZAR 13.55 səviyyəsinə kimi bahalaşa bilər

Beynəlxalq maliyyə bazarlarında USD/ZAR məzənnəsində keçən həftədən etibarən başlayan bahalaşma, bu gün Asiya sessiyasında daha da sürətlənib. Hal-hazırda 13.4677ZAR-da müqavimətlə rastlaşan məzənnə, 13.2262ZAR-ın üzərində qaldıqca, daha da bahalaşa biləcəyi proqnozlaşdırılır.


Bu gün Asiya sessiyasında Avstraliya mərkəzi bankının sədri Filip Lovenin açıqlamalarından sonra AUD/USD məzənnəsində müşahidə edilən sürətli eniş dalğası fonunda dollarda artan tələbat, özünü USD/ZAR məzənnəsində də göstərməkdədir. Bununla yanaşı, qızıl qiymətlərinin də ucuzlaşması Cənubi Afrika randına da mənfi təsir göstərir.


Təhlillərə əsasən, USD/ZAR məzənnəsi 13.4677ZAR-ı qıraraq, üzərində möhkəmlənərsə, 13.5490ZAR-a kimi 0.6% bahalaşa bilər.