USD/ZAR 13.79 səviyyəsinə doğru

11 Fevral 2019

Beynəlxalq valyuta birjalarında Cənubi Afrika randının ucuzlaşması davam etməkdədir və 13.79 randa kimi də davam edə bilər.

USD/ZAR 13.79 səviyyəsinə doğru

USD/ZAR məzənnəsində keçən həftə ərzində müşahidə edilən bahalaşma, yeni həftdə də davam etməkdədir. Bazar ertəsi keçən həftə ərzində 3% bahalaşdıqdan sonra əlavə olaraq, 1% dəyər qazanan Dollar/Cənubi Afrika randı, keçən həftənin müqavimət səviyyəsini də qırmaqla, artım dalğasını daha da gücləndirib.


Təhlillərə əsasən, USD/ZAR məzənnəsi cümə gününün dəstək səviyyəsi (13.5745) üzərində qaldıqca, 13.7924 və 13.9686 randa kimi bahalaşa bilər.