USD/ZAR 14.16 randa kimi də bahalaşa bilər

14 Fevral 2019

Beynəlxalq valyuta birjalarında dolların Cənubi Afrika randına qarşı ucuzlaşması korrektiv qiymətləndirilir və artım dalğasının bərpası propnozlaşdırılır.

USD/ZAR 14.16 randa kimi də bahalaşa bilər

USD/ZAR məzənnəsində çərşənbə günü müşahidə edilən güclü artım dalğası, yanvar ayının önəmli müqavimət səviyyəsini qırılması ilə nəticələnib. 


Amerikadan gələn müsbət siyasi və iqtisadi məlumatlar, dünya valyuta birjalarında dolların bahalaşmasına təsir edib. Bununla yanaşı Cənubi Afrikada pərakəndə satış dövriyyəsinin gözlənilmədən çox azalması da ölkə iqtisadiyyatına dair riskləri artırır. 


Dünya birjalarında bu gün Asiya sessiyasında 14.0617 səviyyəsində müqavimətlə rastlaşaraq ucuzlaşan Dollar/Rand məzənnəsi, hal-hazırda 13.9821 randa ticarət edilməkdədir.


Təhlillərə əsasən, USD/ZAR məzənnəsi ucuzlaşsa da həftənin önəmli dəstək səviyyəsi (13.7069) üzərində qaldıqca, cari hərəkətlilik korrektiv qiymətləndirilir və artım dalğası 14.1660 randa kimi də davam edə bilər. Bu istiqamətdə günün müqavimət səviyyəsinin (14.0617) qırılmasını gözləmək önəmlidir. 


Korreksiya isə məzənnə 13.9771 səviyyəsi altında qalarsa, 13.9255 randa kimi dərinləşə bilər.