USD/ZAR 14.72 randa kimi də bahalaşa bilər

14 Fevral 2019

Foreks bazarlarında dolların bahalaşması və Cənubi Afrika iqtisadiyyatına dair mənfi göstəricilər USD/ZAR məzənnəsinin də bahalaşmasına təsir edir.

USD/ZAR 14.72 randa kimi də bahalaşa bilər

USD/ZAR məzənnəsi Avropa sessiyasında sürətli artım dalğasına başlayaraq, önəmli müqavimət səviyyəsinə kimi bahalaşdıqdan sonra korreksiyaya başlayıb. 


Maliyyə bazarlarında yanvar ayının iki önəmli müqavimət səviyyələrindən birinin (13.9804) qırılması, qiymətin ikinci müqavimət səviyyəsini (14.7152) də qıra biləcəyi ehtimalları gücləndirib. 


Amerikadan gələn müsbət siyasi və iqtisadi məlumatlar, dünya valyuta birjalarında dolların bahalaşmasına təsir edib. Bununla yanaşı Cənubi Afrikada pərakəndə satış dövriyyəsinin gözlənilmədən çox azalması da ölkə iqtisadiyyatına dair riskləri artırır. 


Təhlillərə əsasən, USD/ZAR məzənnəsi 14.1448 randın üzərində möhkəmlənərsə, artım dalğası 14.7152 randa kimi güclənə bilər. Bui istiqamətdə ilkin ən yaxın hədəf 14.3032 və 14.5689 səviyyələridir. 


Bununla yanaşı, foreks bazarlarında dolların qiymətinə təsir edə biləcək fundamental hadisələr də diqqət mərkəzində saxlanılmalıdır. Bu baxımından bu gün Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaq Amerikanın pərakəndə satış dövriyyəsi və istehsal qiymətləri indeksi ilə bağlı önəmli statistik məlumatlar da investorların diqqət mərkəzindədir.