USD/ZAR məzənnəsi 13.75 randa kimi ucuzlaşa bilər

25 Fevral 2019

Beynəlxalq valyuta birjalarında USD/ZAR məzənnəsində yaranan satış imkanları treyderlərin diqqətini çəkib.

USD/ZAR məzənnəsi 13.75 randa kimi ucuzlaşa bilər

Beynəlxalq valyuta birjalarında dolların qiymətində ucuzlaşma özünü USD/ZAR məzənnəsində də göstərməkdədir. Foreks bazarlarında hal-hazırda 14 randın altında ticarət edilən Dollar/Rand məzənnəsi, keçən həftənin dəstək səviyyəsini qırarsa, sürətli ucuzlaşmanın şahidi ola bilərik.


Təhlillərə əsasən, USD/ZAR məzənnəsi 13.8720 randı aşağı istiqamətdə qırarsa, 13.7980 və 13.7475 randa kimi də ucuzlaşa bilər.