USD/ZAR: Növbəti bahalaşma dalğası proqnozları

25 Mart 2019

Beynəlxalq valyuta birjalarında dolların bahalaşması USD/ZAR məzənnəsinə olan marağın da artmasına səbəb olub.

USD/ZAR: Növbəti bahalaşma dalğası proqnozları

USD/ZAR məzənnəsi cümə günü müşahidə edilən sürətli bahalaşmanın daha da güclənə biləcəyi proqnozları artıb. Amerika mərkəzi bankının keçən həftənin çərşənbə günü dünya iqtisadiyyatında risklərə dair açıqlamaları, dollara olan tələbin artmasına səbəb olub. 


Çərşənbə günü FED-in uçot faizində dəyişiklik etməməsindən sonra USD/ZAR məzənnəsi 14.14 randa kimi ucuzlaşsa da mətbuat konfransında sədrin verdiyi açıqlamalar sonraki günlər məzənnənin 14.47 randa kimi bahalaşmasına təsir etdi. 


Təhlillərə əsasən, Dollar/Rand valyuta cütlüyünün qiyməti 14.5835 randı yuxarı istiqamətdə qırarsa, 14.7151 və 14.9426 randa kimi də bahalaşa bilər.