USD/ZAR: Ucuzlaşma 13.45 randa kimi dərinləşə bilər

22 Fevral 2019

Beynəlxalq valyuta birjalarında Dollar/Rand məzənnəsində bahalaşma müşahidə edilsə də yenidən ucuzlaşa biləcəyi proqnozları güclü olaraq qalır.

USD/ZAR: Ucuzlaşma 13.45 randa kimi dərinləşə bilər

USD/ZAR məzənnəsi 13.87 randa kimi ucuzlaşdıqdan sonra bahalaşmağa başlayıb. Dünya valyuta birjalarında hal-hazırda 14.04 randa ticarət edilən məzənnənin, bu həftənin müqavimət səviyyəsi altında qaldıqca, yenidən ucuzlaşa biləcəyi proqnozlaşdırılır. 


ABŞ höküməti ətrafında siyasi risklərin son günlər yenidən gündəmə gəlməsi, Vaşinqtonda ABŞ ilə Çin arasında başlayan növbəti görüşlər fonunda qeyri-müəyyənlik və keçən həftə Amerika iqtisadiyyatına dair fundamental göstəricilərin proqnozlaşdırılandan da çox zəif açıqlanması, dolların dünya birjalarında ucuzlaşmasına səbəb olmuşdur.


Təhlillərə əsasən, USD/ZAR məzənnəsi 14.37 randın altında qaldıqca, 13.80, 13.66 və 13.45 randa kimi ucuzlaşa bilər. Bu istiqamətdə 13.87 randın aşağı istiqamətdə qırılmasını gözləmək önəmlidir.