USD/ZAR: Ucuzlaşma 13.80 randa kimi dərinləşə bilər

20 Fevral 2019

Beynəlxalq valyuta birjalarında Dollar/Rand məzənnəsi Avropa sessiyasında 3% bahalaşdıqdan sonra yenidən 2% ucuzlaşıb.

USD/ZAR: Ucuzlaşma 13.80 randa kimi dərinləşə bilər

Dünya valyuta birjalarında USD/ZAR məzənnəsi Amerika sessiyasının açılmasına təqribən bir saat qalmış 14.37 randa kimi bahalaşmaqla son bir ayın maksimum səviyyəsini yenilədikdən sonra sürətlə ucuzlaşmağa başlayıb. Beləliklə, maliyyə bazarlarında USD/ZAR məzənnəsində sonuncu eniş dalğasının dərinləşə biləcəyi proqnozları güclənib. 


ABŞ höküməti ətrafında siyasi risklərin son günlər yenidən gündəmə gəlməsi, Vaşinqtonda ABŞ ilə Çin arasında dünəndən etibarən başlayan növbəti görüşlər fonunda qeyri-müəyyənlik və keçən həftə Amerika iqtisadiyyatına dair fundamental göstəricilərin proqnozlaşdırılandan da çox zəif açıqlanması, dolların dünya birjalarında ucuzlaşmasına səbəb olmuşdur.


Təhlillərə əsasən, USDZAR məzənnəsi 14.00 randı aşağı istiqamətdə qıraraq, altında qalarsa, 13.933 və 13.798 randa kimi də ucuzlaşa bilər. 


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 23:00-da yayımlanacaq Amerika Mərkəzi Bankının toplantı protokolu da treyderlərin diqqət mərkəzindədir.