USD/JPY: Avropa sessiyasında 0.2%-lik bahalaşma

15 Fevral 2019

Foreks bazarlarında cümə axşamından etibarən ucuzlaşan USD/JPY məzənnəsi, Avropa sessiyasında bahalaşsa da eniş ehtimalları güclü olaraq qalır.

USD/JPY: Avropa sessiyasında 0.2%-lik bahalaşma

USD/JPY valyuta cütlüyünün qiymətinə nəzər saldıqda, cümə axşamından etibarən müşahidə olunan enişdən sonra 0.2%-lik artım qeydə alınır. Foreks bazarlarında hal-hazırda qiymət 110.44 səviyyələrindədir. 


Cari bahalaşma güclənməklə, 110.68 səviyyəsinin üzərində də möhkəmlənərsə, növbəti hədəf 111.05 ola bilər. 


Lakin qiymətlər cari həftənin müqavimət səviyyəsinin (111.12) altında qaldıqca, enişlər qorunub saxlanılır. Beləliklə, Dollar/Yen məzənnəsində axşam saatlarına doğru enişlər bərpa olunarsa, 109.96 səviyyəsinə qədər geriləmə qeydə alına bilər.