USDJPY-də dar hərəkət intervalı davam edir

13 İyun 2019

Bu gün USDJPY cütlüyündə qiymətlərin 108.15 səviyyələrinin altında qərarlaşa bilməməsi korrektiv xarakterli artımlara səbəb olub.

USDJPY-də dar hərəkət intervalı davam edir

Hazırda  bu cütlük üzrə 108.35 qiymətindən ticarət olunmaqdadır. Əgər qiymətlər 109.28 səviyyələrinin üzərinə qalxa bilməzsə, enişlər davam edə bilər. Belə ki, növbəti hədəfin 107.22 olacağı proqnozlaşdırılır.


Bununla belə qiymətlər 109.28-lərin üzərində möhkəmlənə bilsə, artımlar üçün yeni başlanğıc ola bilər.