USDJPY: Növbəti hədəf 107.22 ola bilər

11 İyun 2019

Dünən USDJPY cütlüyünün qiymətlərində cüzi eniş və qeyri-müəyyənlik müşahidə olunub.

USDJPY: Növbəti hədəf 107.22 ola bilər

Belə ki, qiymətlər 108.700 və 108.31 intervalında hərəkət edib. Lakin uzunmüddətli bazar hərəkətliliyinə nəzər salsaq hələ də enişlərin davam etdiyini görə bilərik. Əgər qiymətlər 109.28 səviyyələrinin üzərinə qalxa bilməsə, enişlər davam edə bilər. Belə ki, növbəti hədəfin 107.22 olacağı proqnozlaşdırılır.


Lakin qiymətlər 109.28-lərin üzərində möhkəmlənə bilərsə, artımlar üçün yeni başlanğıc ola bilər.