USDTRY 5.66 hədlərinə qədər ucuzlaşdı

04 Sentyabr 2019

ÜDM həcmi ilə bağlı statistik göstəricilər iqtisadiyyatın II rübdə gözləniləndən daha az gerilədiyini göstərdi və lirə bahalaşmağa başladı.

USDTRY 5.66 hədlərinə qədər ucuzlaşdı

Bu həftənin əvvəlində açıqlanan ÜDM həcmi ilə bağlı statistik göstəricilər iqtisadiyyatın II rübdə gözləniləndən daha az - 1,5% gerilədiyini göstərdi. Lirə ötən həftə ucuzlaşdıqdan sonra bu göstəricinin açıqlanması ilə bahaaşmağa başladı. Dünən istehlak qiymətləri indeksinin açıqlandı. Avqustda aylıq 0.86% qeydə alınsa da, illik müqaisədə inflyasiya 15,01%-ə qədər gerilədi ki, bu da son bir ilin minimumu hesab edilir. Müsbət statistikanın dərcindən sonra TL müsbət kursunu sürətləndirdi və USDTRY məzənnəsi dünən 5.72 səviyyəsinə endi.

Həftənin 3-cü ticarət günündə öz qrupundan müsbət tendensiyası ilə fərqlənən TL bahalaşmaqda davam edir və günün ilk yarısında 1% bahalaşaraq 5.66 səviyyəsini gördü. USDTRY məzənnəsi 3% -dən çox ucuzlaşmış, EURTRY cütlüyü isə 6.22 hədlərini test etmişdir.