USDTRY 5.67 hədlərində

13 Sentyabr 2019

Avropa Mərkəzi Bankının yeni maliyyə tədbirləri TL-nin inkişaf etməkdə olan ölkələrin valyutalarına nəzərən daha çox bahalaşdırdı.

USDTRY 5.67 hədlərində

TCMB-nin 3.25%-lik faiz endiriminə getməsinin ardınca Avropa Mərkəzi Bankının negatif faizi -40%-dan -0,50%-yə qədər dəyişməsi, eləcə də noyabr ayından etibarən aylıq 20 milyard avro dəyərində istiqraz alışı proqramına başlayacaqlarını bildirməsi ilə TL inkişaf etməkdə olan ölkələrin valyutalarına nəzərən daha çox bahalaşdı. USDTRY dünən 5.75-dən 5.65-ə, EURTRY 6.35-dən 6.20-ə düşdü.

ECB-nin ardından FED-in sentyabr ayında faiz nisbətini azaltması gözləntisi inkişaf etməkdə olan ölkələrin valyutalarını dəstəkləyir və bu gün ZAR, Rubl və Peso kimi valyutalar dollara qarşı bahalaşır TL isə dünənki qazanclardan sonra bu gün cüzi bir eniş yaşayır. Hazırda USDTRY məzənnəsi 5.67 hədlərində mübadilə edilir.

Bu gün elan edilən sənaye istehsalının həcmi ilə bağlı statistik rəqəmlərə baxdıqda iyul ayında bir əvvəlki aya nisbətən artım qeydə alınmışdır. Lakin Müqaisədə isə sənaye istehsalının həcmində geriləmənin davam etdiyi görünür.