USDTRY 5.70 hədlərində üfüiqi dalğalanır

17 İyul 2019

“FOMC”-un iclasına qədər ABŞ məlumatları proqnozların qabaqlandığı müşahidə edilir.

USDTRY 5.70 hədlərində üfüiqi dalğalanır

Bu ayın sonunda keçiriləcək “FOMC”-un iclasına qədər ABŞ məlumatları yaxından izlənilirdi. Son göstəricilərə baxdıqda proqnozların qabaqlandığı müşahidə edilir.

Məşğulluq göstəricilərindən sonra istehlak qiymətlərinin baza indeksi, pərakəndə satış dövriyyəsi və istehsal həcmlərinin artması birjalarda FED-in faiz dərəcələrini bu ay 0.25% azaldacağı ehtimallarını qüvvətləndirdi.

FED sədri Povelin açıqlamaları və “FOMC”-un son protokollarında komitə üzvlərinin əksəriyyətinin faiz endirimini dəstəkləməsi, qlobal risklərin artması 0.5%-lik endirim ehtimalları yaratsa da ABŞ-ın iqtisadi göstəricilərinin güclü açıqlanması bu ehtimalları yenidən 0.25%-ə salmışdı.

Bu gün ABŞ-da inşaat sektorundakı göstəricilər son aylarda olduğu kimi zəif açıqlandı. Hansı ki, bu yenidən 0.5%-lik endirim ehtimallarını gündəmə gətirə bilər. 

EURUSD bu gün 1,12 səviyəsinin altına düşərək 9 iyuldan sonra yeni minimum yaratsı. GBPUSD 1,2382 səviyyəsinə qədər geriləyərək 2017-ci ildən bu yana ilk dəfə son iki ilin minimumunu gördü.

Ancaq USDTRY cütlüyündə hələ də üfiqi tendensiya qorunur. Cütlük ötən həftə həm qlobal həm də daxili proseslərin təsiri ilə 5,78 səviyyəsinə qədər bahalaşma yaşasa da həftənin davamında yenidən 5.70 səviyyəsinin altına düşdü. Hazırda da bu hədlərdə dar bir diapazonda üfiqi dalğalanmanı davam etdirir.

Keçən həftə təslimatına başlanılan S-400-lərlə bağlı ABŞ tərəfinin hansı addımlar atacağı bazar iştirakçıları tərəfindən diqqətlə izlənilir. Diqqət mərkəzində saxlanılan digər məsələ isə TCMB-nin PPK-nın bu ayın sonunda baş tutacaq toplantısında lirənin faiz dərəcələri ilə bağlı hansı qərarı verəcəyidir. Qeyd edək ki, TCMB-də sədr dəyişikliyindən sonra ciddi fazi endirimi baş tutacağı proqnozlaşdırılır.