USDTRY 5,77 səviyyəsində sabitliyini qoruyur

28 İyun 2019

Həftə ərzində 5.83 səviyyəsinə qədər yüksələn USDTRY cütlüyü, bu gün 5.77 hədlərində üfüqi dalğalanır.

USDTRY 5,77 səviyyəsində sabitliyini qoruyur

FED-in faiz endiriminə gedəcəyi ehtimallarını artıran bəyanatları və ABŞ-dan gələn zəif istisadi göstəricilər səbəbilə mart ayında qeydə alınmış minimumlara geriləyən dollar indeksi bu gün başlayan G-20 sammitindən gözləntilər fonunda  96,0 səviyyəsində üfüqi trend yaradıb.


Ticarət savaşlarında müsbətə doğru dəyişikliklər gözləyən birjalarda bütün diqqətlər Trump-Si görüşünə yönəlib. Bu istiqamətdə gələcək uzlaşma xəbərləri səhm bazarlarına ciddi təsir edə bilər. Xüsusilə inkişaf etməkdə olan ölkələr üçün risk iştahının artması FED-in toplantısından sonra artımları sürətləndirə bilər.


Türkiyədə isə diqqətlər Tramp-Ərdoğan görüşünə yönəlib. Liderlərin S-400 ilə mövzusunda müsbət bir qərar qəbul edərlərsə, siyasi təzyiqin azalması səbəbiylə TL bahalaşması əlavə güc qazana bilər.


Həftə ərzində 5.83 səviyyəsinə qədər yüksələn USDTRY cütlüyü, bu gün 5.77 hədlərində üfüqi dalğalanır.