USDTRY: Artan siyasi təzyiqlərin təsiri ilə bahalaşır

21 İyun 2019

FED-in faiz dərəcələrinin endirilməsi yönündə verilən açıqlamalar sonrası dolların indeksi zəiflədi və lirə də bu tendensiyaya uyğun olaraq bahalaşdı.

USDTRY: Artan siyasi təzyiqlərin təsiri ilə bahalaşır

"FOMC"-un toplantısı zamanı faiz dərəcələrinin endirilməsi yönündə verilən açıqlamalar sonrası dolların indeksi zəiflədi və inkişaf etməkdə olan ölkələrin valyutası dəyər qazandı. Lirə də bu tendensiyaya uyğun olaraq bahalaşırdı. Ancaq dünən günün 2-ci yarısında prezident Ərdoğanın açıqlamaları USDTRY cütlüyündəki enişlərin dərinləşməsinə imkan vermədi.


Ərdoğan faiz dərəcələrinin inflyasiyaya səbəb olduğunu, faiz dərəcələrinin aşağı salınması barədə fikirlərini təkrarladı. S-400 məsələsində ABŞ sanksiyalar tətbiq edəcəyi halda qarşılıq veriləcəyini bildirdi.


Bazar günü baş tutacaq seçkidən sorna qeyri-müəyyənliyin davam etməsi təhlükəsi və Ərdoğanın açıqlamalarından sonra lirə dünya maliyyə bazarlarında yenidən ucuzlaşmağa başladı.Cütlükdə artımların əsasə səbəbləri kimi TL tərəfindəki siyasi gərginlik və dollar indeksinin nisbətən bahalaşması qeyd edilir.


Bu gün günün ilk yarısında lirə 1% dəyər itirməklə dollara qarşı ən çox ucuzlaşan valyuta oldu.