USDTRY cütlüyü 5.70TL-yə qədər bahalaşa bilər

19 İyul 2019

ABŞ prezidenti Donald Trampın dünən Türkiyəyə sanksiyaların tətbiqi ilə bağlı açıqlamalarından sonra TL birinci bahalaşsa da yenidən ucuzlaşdı.

USDTRY cütlüyü 5.70TL-yə qədər bahalaşa bilər

ABŞ prezidenti Donald Trampın dünən Türkiyəyə sanksiyaların tətbiqi ilə bağlı hələ  qərar verilmədiyini, ancaq hazırda sanksiyaların tətbiq edilməyəcəyini bildirməsindən sonra TL dünya birjasında dəyər qazandı. Belə ki, USDTRY 5.61, EUR/TRY 6.30 hədlərinə qədər ucuzlaşdı. Lakin Trampın günün davamında ‘’Çətin bir vəziyyətdir. Dolayısı ilə nə edəcəyimizə hələ baxacağıq’’ açıqlaması ilə sanksiyaların tətbiqi ehtimalları yenidən gündəmə gəldi ki, nəticədə lirə yenə beynəlxalq maliyyə bazarlarında dəyər itirdi. USDTRY cütlüyü bu gün 5.65 EURTRY 6.37 hədlərinə qədər bahalaşdı.

Qeyd etmək lazımdır ki, USDTRY-də qiymətlər 5,64 dəstək həddinin üzərində qalmağı bacarsa, 5.70 hədlərinə qədər bahalaşmanı davam etdirə bilər.