USDTRY cütlüyü 5.79 hədlərinə qədər bahalaşdı

23 Avqust 2019

USD/TRY 5.7895 səviyyəsinə qədər bahalaşaraq 28 iyun tarixindın bu yana ən yüksək qiymətləri gördü.

USDTRY cütlüyü 5.79 hədlərinə qədər bahalaşdı

May ayında bu ilin ən yüksək səviyyəsi hesab edilən 6.24 hədlərini görən USDTRY cütlüyü daha sonra eniş meyylərini bərpa edərək aylıq müqaisədə son 3 ayı enişlə tamalayaraq aprel ayının minimumlarına qədər ucuzlaşdı.

Avqustun ayına enişlərlə start verən USDTRY məzənnəsi ötən həftə cüzi artımlar sərgilədi və həftəni 5.56 hədlərində başa vurdu. Bu həftə isə 4 ticarət günündə lirə dollara nisbətdə 3% ucuzlaşdı. Dünən dollar lirə qarşısında 5.7895 səviyyəsinə qədər bahalaşaraq 28 iyun tarixindın bu yana ən yüksək qiymətləri gördü.

Cütlüyün bu həftə yüksəliş yaşamasına qlobal səbəblər kimi risk meyllərinin azalması fonunda dollar indeksinin bahalaşması göstərilsə də lirənin digər inkişaf etməkdə olan ölkə valyutaları ilə müqaisədə daha çox dəyər itirməsinin başqa səbəbi də Türkiyə daxili faktorlardır. Fundamental göstəricilər iqtisadi daralmanın davam etdiyini göstərir. Eyni zamanda  TCMB-nin tələb olunan ehtiyat nisbəti və zəruri ehtiyatlara ödənilmiş faiz nisbətlərində dəyişikliklərə getməsi, eləcədə siyasi və transsərhəd əməliyyatlarda gərginliyin artması TL üzərində risklərin artmasına səbəb olur.