USDTRY cütlüyü 5.83 hədlərində

25 İyun 2019

İstanbul seçkilərindən sonra 5.71 səviyyəsinə enmiş USDTRY cütlüyü xarici işlər nazirinin açıqlamalarından sonra 5.83-ə qədər bahalaşdı.

USDTRY cütlüyü 5.83 hədlərində

İstanbul seçkilərindən sonra 5.71 səviyyəsinə enmiş USDTRY cütlüyü xarici işlər naziri Çavuşoğlunun son dövrün ən əhəmiyyətli qeyri-müəyyənliyi olan S-400  məsələsinə dair açıqlamalarından sonra 5.83-ə qədər bahalaşdı.


ABŞ-ın ehtimal edilən sanksiyalarına qarşılıq veriləcəyini və S-400-lərdən imtina edilməyəcəyini bildirən Çavuşoğlunun bu çıxışından sonra sanksiya risklərinin artması səbəbilə lirənin bahalaşması səngidi. USDTRY cütlüyü yenidən bahalaşmağa başladı.


Prezident Ərdoğan və ABŞ prezidenti Trampın S-400 mövzusunu müzakirə etmək üçün həftə sonu Yaponiyada görüşməsi gözlənilir. Ərdoğan keçən həftə etdiyi şərhdə, Tramp ilə bir razılaşmanın əldə edilə biləcəyini lakin S-400-lərin də alışını reallaşdıracaqlarını da vurğulamışdı. 


Yeni ticarət gününə  5,80 səviyyəsində başlayan USDTRY 5,83, EURTRY cütlüyü isə 6,6445 - ə qədər bahalaşdı.