USDTRY cütlüyü 6.00 hədlərinə qədər gerilədi

29 May 2019

ABŞ və Çin arasındakı gərginlik artdıqca beynəlxalq maliyyə bazarlarında digər maliyyə alətlərinin dollara qarşı zəifləməsi davam edir.

USDTRY cütlüyü 6.00 hədlərinə qədər gerilədi

Risk iştahının düşməsi ilə ABŞ dolları indeksi 98,0 səviyyəsinə qədər yüksəlməkdə,  inkişaf etməkdə olan ölkələrin valyutaları isə dəyər itirməkdədir.


Ticarət həftəsinin əvvəlində TCMB-nin və SPK-nın həmlələrindən sonra sonra qısamüddətli olaraq bahalaşan lirədə bu gün də saldo müsbətdir. Dünən 5.99 səviyyəsinə qədər ucuzlaşan USDTRY məzənnəsi bu gün 6.0550 səviyyəsinə çatdıqdan  yenidən 6.00 səviyyəsinə qədər gerilədi. Lirə üzərində təzyiqə səbəb olan S-400-lərin təhvil verilməsinin iyunda çatdırılmayacağı şərhinin ardından bazarlarda ABŞ ilə Türkiyənin razılaşma əldə edəbiləcəyinə dair gözləntilər yaratdı.


Məhz bundan sonra 8 həftə ard-arda bahalaşan USDTRY cütlüyü bu həftə ucuzlaşmağa baçlayıb. Lakin psixoloji dəstək kimi qəbul edilən 6.0 hələ də qorunur. Bu həd qırılarsa, növbəti dəstək hədləri kimi 5.99 və 5.94-lər çıxış edir.