USDTRY cütlüyü bahalaşır

11 Sentyabr 2019

Yaxınlaşan PPK toplantısı və ABŞ tərəfinin açıqlamaları ilə həftəyə artımlarla başlayan USDTRY cütlüyündə bü gün də yüksəlişlər yaşanır.

USDTRY cütlüyü bahalaşır

ABŞ Maliyyə naziri Steven Mnüçin, dünən Türkiyənin Rusiyadan aldığı S400-lərlə əlaqədar sanksiyaları araşdırdıqlarını, ancaq hələ bir qərar alınmadığını açıqladı.

Açıqlamadan sonra  5.7650 səviyyəsinə qədər bahalaşan cütlük bu gün 5.79200 hədlərində mübadilə edilir.

Cümə axşamı PPK yığıncağında, TCMB-nin 2.5-3% aralığında faiz nisbətlərini azaldacağı gözlənilir.

Dünən inkişaf etməkdə olan ölkələrin valyutalarından mənfi tendensiyasına görə fərqlənən TL bu gün enişlərini davam etdirərkən, ABŞ Dollar İndeksinin 98.50 səviyyəsinə qədər bahalaşmışdır.Bu isə bu gün əksər inkişaf etməkdə olan ölkələrin valyutalarının ucuzlaşmasına səbəbola bilər.

Yaxınlaşan ECB və FED iclasları inkişaf etməkdə olan ölkələrin valyutalarına pozitiv təsir etsə də neft qiymətləri bu həftə yüksəlişini sürətləndirdiyindən lirədə qiymətləri təzyiq altında saxlayır. USDTRY cütlüyündə 5.87 səviyyəsi ən yaxın müqavimət olaraq görülür.