USDTRY cütlüyü günə ucuzlaşma ilə başladı

26 İyun 2019

Dollar indeksi kəskin ucuzlaşdıqdan sonra risklərə baxmayaraq 95.78 müqavimət həddini qırmağa çalışır.

USDTRY cütlüyü günə ucuzlaşma ilə başladı

ABŞ-da “Conference Board” istehlakçı güvən indeksi 121.5 bənd ilə 2017-ci ilin sentyabr ayından bu yana ən minimum həddə açıqlandı. 


FED sərdi Jerom Povelin ABŞ iqtisadiyyatında risklərin son dövrdə artdığını ifadə etməsi, faiz endirimi yönündə verdiyi siqnalların təsdiqi kimi xarakterizə edilir.


ABŞ-ın müddətli indeksləri texnologiya sektoru başda olmaqla mühüm G-20 sammitindən əvvəl artan ticarət müharibəsi və geosiyasi gərginliyin təsiri ilə rekord səviyyəli satışlar ilə üzləşmdir. “DowJones” indeksi 0,60%-dən çox dəyər itirmişdir. S&P500 indeksində itkilər isə 0,95%-ə çatıb. Nasdaq indeksində isə 1,50%-dən çox geriləmə qeydə alınıb. 


Bunların təsiri ilə USDTRY cütlüyü günə 5.7978 müqavimət həddinin altında start vermiş və 5.7788 hədlərinə qədər ucuzlaşmışdır. 5.77600 dəstək həddi qırılacağı təqdirdə ucuzlaşma 5.75800 və 5.73 hədlərinə qədər davam edə bilər.