USDTRY cütlüyü üfüqi tendensiyasını qorumaqdadır

09 İyul 2019

ABŞ-dan açıqlanan fundamental göstəricilər əmək bazarının öz gücünü qoruduğunu göstərdi.

USDTRY cütlüyü üfüqi tendensiyasını qorumaqdadır

ABŞ-da qeyri-kənd təsərrüfatı sahələrində yeni yaranmış iş yerlərinin sayı iyunda 224 minlik nəticə ilə proqnozları üstələdi və əmək bazarının öz gücünü qoruduğunu göstərdi.


İlin ikinci rübündə xüsusilə “PMI” və ticarət dövriyyəsindəki geriləmə ticarət savaşlarının ABŞ iqtisadiyyatına da ciddi təsir etmiş və inflyasiyanı da təzyiq altına salmışdır.


Faiz endiriminə dair gözləntilər yaradan FED üçün məşğulluq göstəriciləri və inflyasiya dərəcəsi faiz siyasətində əsas müəyyənedici faktorlardır. Analitiklər məşğulluq göstəricilərinin dərcindən əvvəl FED-in iyulda faiz dərəcələtini 0.5% azaldacağını ilin sonunda isə bu rəqəmin ümumi olaraq 3% təşkil edəcəyini proqnozlaşdırsalar da, məşğulluğa dair rəqəmlərin yaxşı açıqlanması 0.25%-lik endirimi aktuallaşdırdı.


Faiz endirimi ehtimallarının 0.50%-dən 0.25%-ə qədər azalması proqnozlarınını təsiri ilə dollar indeksi həftəni artımlarla tamamladı və yeni həftəyə də pozitiv olaraq başladı.


Bu gün FED sərdri Paulun “FOMC”-un toplantısından əvvəl konqres qarşısındakı yarım illik yekunlara dair hesabatında ABŞ iqtisadiyyatına və faiz siyasətinə dair verəcəyi açıqlamalar diqqət mərkəzində olacaqdır.


Son iqtisadi göstəricilərin təsiri ilə bahalaşan dollar indeksi 97.60 səviyyəsinə yüksələrək 19 iyundan bu tərəfə bütün itkilərini qaytardı və bütün aparıcı valyutalara qarşı dəyər qazandı.


İnkişaf etməkdə olan ölkələrin valyutaları da dollara qarşısında ucuzlaşdığı halıda sadəcə USDTRY cütlüyü üfüqi tendensiyasını qoruyur. Dünən 2% ucuzlaşan lirə bu gün dollara qarşı 5,73 hədlərində neytral bölgədə mübadilə edilir.