USDTRY cütlüyündə artım meylləri davam edir

08 May 2019

Beynəlxalq valyuta birjalarında Dollar/Lirə məzənnəsində bahalaşmanın davam etməsi "Buğalar" üçün alış imkanlarını artırır.

USDTRY cütlüyündə artım meylləri davam edir

Dünənki ticarət günündə 6.19790 hədlərini test edən USDTRY cütlüyündə qiymətlər 6.13 hədlərinə qədər geri çəkilsə də artım meylləri qalmaqda davam edir. Əgər qiymətlər 6.23300 hədlərinin üzərində möhkəmlənərsə, 6.32580 və 6.46863 hədləri test edilə bilər. Qısa müddətli enişlərin baş verməsi üçün isə 5.9800 həddinin qırılması əsas şərtdir. Bu dəstək həddi qırılarsa 5.8700 həddi test edilə bilər.