USDTRY cütlüyündə nə gözlənilir

07 İyun 2019

Həftənin əvvəlindən etibarən sərt enişlər yaşayan USDTRY cütlüyü 5.6414 dəstək həddindən qismən də olsa bahalaşma nümayiş etdirdi.

USDTRY cütlüyündə nə gözlənilir

Asiya seassiyasında 5.7978 səviyyəsinin üzərində möhkəmlənməyə çalışan cütlük bu həddin üzərində qalmağı bacararsa, artım meylləri yenidən güclənə bilər. Artımlar davam edəcəyi təqdirdə 5.8715 və 5.9596 qiymətləri müqavimət hədləri kimi çıxış edir.  Ancaq son 2 həftədə ucuzlaşan USDTRY cütlüyündə satışlar davam edərsə ilk dəstək həddi kimi 5.7978 çıxış edir. Bu hədd qırılacağı təqdirdə isə növbəti dəstək həddi 5.7553 ola bilər.