USDTRY-də artım meyilləri

17 May 2019

Amerikanın Türkiyəni ÜTS proqramından çıxartmasından sonra Lirənin ucuzlaşması proqnozları arta bilər.

USDTRY-də artım meyilləri

Amerikanın Türkiyəni bəzi məhsullarının gömrüksüz idxalına imkan verən Ümumi Tənzimləmələr Sistemi proqramından çıxartmasından sonra Lirənin ucuzlaşması meylləri arta bilər. ABŞ-ın bu qərarından sonra 6.09 hədlərinə qədər bahalaşma göstərən USDTRY cütlüyü bu gün Avropa ticarət sessiyasının  əvvəllərində 6.06 hədlərinə qədər geriləsə də hələ ki, artım meyllərini qoruyur. Analitiklərin proqnozlarına görə cütlüyün qiymətləti 6.09 hədlərinin üstündə möhkəmlənməyi bacararsa, 6.11260 və 6.15280 hədlərinə qədər bahalaşa bilər.


5.98500 həddinin qırılması isə 5.95800 və 5.92100 hədlərinə qədər korreksiya yarada bilər.