USDTRY-də artımın davamı proqnozlaşdırılır

28 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında USD/TRY məzənnəsində müşahidə edilən bahalaşmanın güclənməsi üçün 5.34 önəmli səviyyədir.

USDTRY-də artımın davamı proqnozlaşdırılır

USD/TRY cütlüyündə fevral ayının ilk günlərindən başlayan artım dalğası davam edir. Belə ki, qiymətlər 5.16 səviyyələrindən 5.34-ə qədər bahalaşma göstərdi. 


Foreks bazarlarında hal-hazırda isə qiymətlər 5.32 səviyyəsindən ticarət olunmaqdadır. Qiymətlərin 5.3412 səviyyələrinin üzərində möhkəmlənməsindən sonra artımın davam etməsi ehtimalları artır. 


Müqavimətin test edilməsindən sonra qiymətlərdə geri  hərəkət başlasa, qiymətlər 5.2874 səviyyəsinin altında qalmalıdır ki, eniş istiqaməti təsdiqlənsin.