USDTRY-də qismən ucuzlaşma yaşanır

24 May 2019

Lirə bu gün digər inkişaf etməkdə olan ölkələrin valyutaları kimi dollar qarşısında qismən bahalaşıb və USDTRY cütlüyü hədlərində ticarət edilməkdədir.

USDTRY-də qismən ucuzlaşma yaşanır

Həftəyə S-400-lərə dair xəbərlərin təsiri ilə artımlarla başlayan  USD/TRY  cütlüyü dünən 6,15 hədlərinə qədər bahalaşaraq 10 may tarixindən bu yana maksimumlar yaratdı. Ancaq ticarət sessiyasının davamında enişlər müşahidə edildi.


ABŞ-da  PMI rəqəmlərinin son 4 il yarımın minimumlarına gəlməsi və ticarət  savaşlarının ABD iqtisadiyyatında da hissediləcək təsir yaratması ilə dolların indeksi 98,0 səviyyəsinin altına düşdü. Bununla yanaşı Neftin qiymətlərində də  qlobal böyümə narahatlıqlarının təsiri ilə 67 dollar hədlərinə qədər ucuzlaşması inkişaf etməkdə olan ölkələrin valyutalarında nisbətən bahalaşma meylləri yaratdı.


Lirə bu gün digər inkişaf etməkdə olan ölkələrin valyutaları kimi dollar qarşısında qismən bahalaşıb və USDTRY cütlüyü hazırda 6,07 hədlərində ticarət edilir. Növbəti dəstək həddi kimi isə 6.02 həddi çıxış edir.