USDTRY-də son vəziyyət necədi

21 May 2019

7 həftə ardıcıl olaraq bahalaşan USDTRY cütlüyü, yeni ticarət həftəsinə 6,04 səviyyəsində başladı və 6,08TL-ni gördükdən sonra 6.01 səviyyələrinə gerilədi.

USDTRY-də son vəziyyət necədi

7 hafta ardıcıl olaraq bahalaşan USDTRY cütlüyü kuru, yeni ticarət həftəsinə 6,04 səviyyəsində başladı və dünən 6,08-i gördükdən sonra 6.01 səviyyələrinə qədər gerilədi.


Türkiyə daxilində uzun müddətdir siyasi proseslər iqtisadiyyata ciddi təzyiqlər edir. Son dönəmlərdə isə ABŞ ilə S-400 problemi və İstanbul seçkiləri lirə üzərində riskləri artırır.


Əvvəlki aylarla müqayisədə sənaye ve pərakəndə satışlarda artımlar müşahidə edilsə də bu sektorlarda hər şey qaydasındadır demək olmaz. Çünki ötən ayla müqayisədə artım olsa da ümumi olaraq iqtisadiyyatda geriləmələr davam edir.


Türkiyədə həyata keçirilən maliyyə siyasətinə baxdıqda, görərik ki, illik büdcə kəsri hədəfinin 65% artıq 4 ayda istifadə edilib. Hansı ki,  may ayında detallarının açıqlanacağı islahatların icrası üçün nəzərdə tutulmuş maliyyə vəsaitinin mənbəyi ən böyük qeyri-müəyyənliyini davam etdirir.


 Mərkəzin açıqladığı anketlərdə inflyasiya ve məzənnədə artımlar, iqtisadi böyümədə geriləməı ehtimalları artmışdır.


 

USDTRY cütlüyündə yaşanacaq enişlərdə 5,98 ən yaxın dəstək həddidir. Bu hədd qırılarsa, növbəti dəstək həddi isə 5,87, 5.82 həddləri test edilə bilər. 6,00 qhəddi qırılmayacağı təqdirdə 6,09, 6,18 və 6,24-ə kimi artımların davam edəcəyi proqnozlaşdırılır.