USDTRY-də texniki mənzərə

12 Sentyabr 2019

Yaşanan və ya yaşanacaq bütün siyasi və iqtisadi əsaslı yanaşmaları nəzərə alınmadan yalnız USDTRY üzrə texniki analiz.

USDTRY-də texniki mənzərə

Yaşanan və ya yaşanacaq bütün siyasi və iqtisadi əsaslı yanaşmaları nəzərə almadan yalnız USDTRY üzrə texniki proqnozlara əsaslanaraq demək olar ki, qlobal artım tendensiyası qorunmaqdadır.

İlk olaraq qeyd etmək lazımdır ki, günlük qrafikdə baxıldıqda bu cütlükdə izlənilməsi gərəkən əsas müqavimət hədləri kimi 5.79126, 5.85252, 5.93059, 6.16407, 6.24876, dəstək hədləri kimi isə 5.64924, 5.58148, 5.45185 qiymətləri çıxış edir.

 


Daha öncəki 5.71 olan müqavimət həddi aktuallığını itirərək yerini 5.76 səviyyəsinə vermişdir. Hazırda qiymət 5.76-dan çox olsa da, həftə hələ bitməmiş olduğundan bu həddin qırılıb qırılmayacağı həftənin son ticarət günündə izlənilməlidir.

5.76 müqavimət həddi qırılacağı təqdirdə isə 100 günlük hərəkət ortalaması olan 5.7950 həddi 5.82, 5.85 hədləri ilə əvəzlənə bilər.  Bu müqavimət hədlərinin qırılacağı təqdirdə cütlüyün çata biləcəyi növbəti hədlər ilk olaraq 5.85252, daha sonra isə 5.93059, 6.16407, 6.24876 hədləri ola bilər.

Həftləlik qrafikdə baxdığımızda isə USDTRY cütlüyündə simmetrik üçbucaq modelini görə bilərik. Hansı ki, bu model adətən trendin davamı yönündə siqnal verir. Qrafik fiqura əsaslandıqda da biz 5.89 hədləri qırılacağı təqdirdə, 0.20-0.25 TL artım müşahidə edə bilərik. 



Geri çəkilmələr yaşanacağı təqdirdə enişlər 5.64924 həddinə qədər davam edə bilər. Bu dəstək səviyyəsi kəsilərsə, növbəti dəstək hədləri olan 5.58148, 5.45185 - lərə kimi geri çəkilmələr yaşana bilər.