USDTRY məşğulluqla bağlı xəbərlər öncəsi bahalaşır

05 İyul 2019

G-20 zirvəsinin ardından qlobal bazarlarda optimist mühit inkişaf etməkdə olan ölkələrin aktivlərində davam edir.

USDTRY məşğulluqla bağlı xəbərlər öncəsi bahalaşır

Digər tərəfdən ABŞ və Çin başda olmaqla həftə ərzində elan edilən “PMI” məlumatlarının zəifləməsi qlobal iqtisadiyyatda durğunluq əlamətlərini gücləndirir. Lakin bazarlarda optimist hava şəraiti davam edir.


Türkiyə varlıqları da həm qlobal yüksəliş, həm də S-400 məsələsinə dair müsbət gözləmələrdən dəstək alaraq bu həftə bahalaşma nümayiş etdirdi.


ABŞ-ın iqtisadi göstəriciləri gözləntilərin altında qalması, FED-in faiz dərəcələrini endirməsi ehtimallarını artırır. Bu gün açıqlanacaq qeyri-kənd təsərrüfatı sektorunda məşğulların sayı ilə bağlı rəqəmlər isə iyul gözləntisi üçün olduqca önəmlidir. Məşğulluq səviyyəsi və əmək haqqı gözləntilərinin də digər göstəricilərin altında açıqlanması halında FED-in faiz endiriminə iyuldan etibarən başlayacağını deməyə əsas verə bilər. Ancaq ABŞ iqtisadiyyatının ən güclü qanadı olan məşğulluq, iyun ayında güclü kursunu davam etdirsə və əmək haqqı gözləntiləri artımla açıqlanarsa, dollar indeksi 97.0 hədlərinin üzərinə yüksələ bilər.


Bu xəbələr ərəfəsində dollar indeksi yüksəliş yaşayır. Elə bu səbəbdən də dollar həm böyük, həm də inkişaf etməkdə olan ölkələrin valyutalarına qarşı dəyər qazanır. Dünən 5,58 səviyyəsini test edərək 5 apreldən bu yana ən aşağı səviyyəni görən USDTRY cütlüyün bu gün məşğulluqla bağlı xəbərlər öncəsi 5,6270 səviyyəsilə yüksəldi.