USDTRY: 5.3240 qıra bilməsə, yenidən ucuzlaşa bilər

18 Fevral 2019

Beynəlxalq valyuta birjalarında lirənin ucuzlaşması investorların diqqət mərkəzində və növbəti tendensiya üçün 5.32 üzərində möhkəmlənməsi önəmlidir.

USDTRY: 5.3240 qıra bilməsə, yenidən ucuzlaşa bilər

USD/TRY məzənnəsi ötən həftəni 0.5% artımla 5.2690 səviyyələrində bağladı. Bu gün isə ən aşağı səviyyə 5.2561 və ən yüksək qiymət 5.2912 olaraq qeydə alınıb.


Bu gün qiymətlərin daha çox texniki göstəricilərə əsasən, hərəkət edəcəyi proqnozlaşdırılır. Belə ki, qiymətlər lokal maksimum olan 5.3240 səviyyələrinin üzərində möhkəmlənə bilməsə, yenidən dəyər itirməsini müşahidə edə bilərik. Qiymətlərin 5.2380 səviyyəsinin altında qalması fonunda daha sürətli enişlərin şahidi olmaq mümkündür.