USDTRY son 4 ayın minimumlarında

07 Avqust 2019

ABŞ və Çin arasındakı ticarət müharibələrinin getdikcə artan gərginliyi ilə qlobal bazarlar həftəyə kəskin enişlə başladı.

USDTRY son 4 ayın minimumlarında

Yuanın dollar qarşısında 7,0 səviyyəsinə geriləməsi və ABŞ-ın Çini məzənnələrində manipulyasiya etmkdə ittiham etməsindən sonra Çin Mərkəzi Bankının yuandakı sərt enişlərə izin verməyəcəyinə dair açıqlaması satışları azaltdı.

Qlobal bazarlarda itkilərə baxmayaraq, TL aktivlərinin artımı bu həftə də davam edir.

25 iyul PPK toplantısından sonra ucuzlaşmağa başlayan USDTRY cütlüyü bu gün 5,4870-ə geriləyərək 2 aprel tarixindən bu yana ən aşağı hədləri test etdi. EURTRY cütlüyü də 6.15 hədlərinə qədər ucuzlaşdı.

ABŞ-dan sanksiyaların gəlməsi ehtimalının zəifləməsi artan risk mühitində TL aktivlərinin müsbət qiymətlənməsinin ən vacib amilidir. Lirənin bahalaşmasına eyni zamanda mərkəzi bankların faiz endirimi prosesində olması və TCMB-nin digər həmlələri dəstək verir.