USD/ZAR 14.47 randa kimi də bahalaşa bilər

15 Fevral 2019

Amerika dollarının Cənubi Afrika randına nisbətən məzənnəsində artımın 14.47170 səviyyəsinədək davam edə biləcəyi proqnozlaşdırılır.

USD/ZAR 14.47 randa kimi də bahalaşa bilər

Son iki həftə ərzində dollar indeksinin (DXY) dünya maliyyə bazarlarında bahalaşması, Cənubi Afrika Randının da (ZAR) dollara qarşı ucuzlaşmasına səbəb olub. 


Belə ki, USD/ZAR (ABŞ dolları/Cənubi Afrika randı) qiyməti 13.97614 həddinin üzərində ticarət olunduqca, qiymətin 14.47170 səviyyəsinədək bahalaşa biləcəyi ehtimal olunur.