Dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən orta qiyməti son bir ayın minimum səviyyəsindən dəstək alaraq, son bir ayın maksimum səviyyəsinə doğru bahalaşmağa başlayıb. Bunsa səbəb isə Amerika Mərkəzi Bankının (FED) növbəti faiz artımı üzrə gözləntilərin artmasıdır.
Təhlillərə əsasən, artıq 1.4% bahalaşan qiymətin əlavə olaraq 0.6% də bahalaşa biləcəyi proqnozlaşdırılır. EUR/USD və GBP/USD məzənnələri də müvafiq olaraq 1.16 və 1.31$-a kimi də ucuzlaşa bilər.
Əlvan metallar bazarlarında da qızılın qiyməti təzyiq altındadır və 1238$-ın aşağı istiqamətdə qırılması ilə bir unsiya üzrə qiymət 1210$-a kimi dəyər itirə bilər.