Venesuela höküməti müxalifət ilə danışıqları dayandırdı

08 Avqust 2019

Venesuela höküməti müxalifət ilə Amerikanın bazar ertəsi tətbiq etməyə başladığı yeni sanksiyaları dəstəklədikdən sonra danışıqları dayandırıb.

Venesuela höküməti müxalifət ilə danışıqları dayandırdı

Amerikanın Venesuela hökümətinə qarşı sonuncu sanksiya qərarından sonra prezident Nikolas Maduro müxalifət ilə danışıqları ləğv edib. Dövlət başçısı cümə axşamı və cümə günü üçün planlaşdırılan danışıqlar üçün Barbadosa nümayəndə heyəti göndərməyəcəkdir, deyə Karakas höküməti çərşənbə günü açıqlama verib. Buna səbəb kimi isə Venesuelaya qarşı yeni iqtisadi sanksiyalar göstərilir. Maduronun rəqibi, özü tərəfindən müvəqqətti prezident təyin edilən Xuan Quaydo ölkəni hakimiyyət dəyişikliyinə məcbur etmək üçün sanksiyaları dəstəkləyir. 

Qeyd etmək lazımdır ki, ABŞ prezidenti Donald Tramp bazar ertəsi Venesuela hökümətinə məxsus aktivlərin ölkədə dondurulması üçün sərəncam imzalayıb. Bununla yanaşı, Venesuela höküməti ilə iş görən şirkət və dövlətlər də məsuliyyətə cəlb edilə bilərlər. Karakas höküməti isə sanksiyaları "iqtisadi terorizm" adlandırıb. 

Maduro ilə Quaydo arasında aylardır davam edən hakimiyyət mübarizəsi ərzində ABŞ hakimiyyətə və ətrafına qarşı bir sıra sanksiyalar tətbiq edib. Əksər ölkələrin isə Quaydonu artıq müvəqqəti dövlət başçısı qəbul etməsinə baxmayaraq, Maduro hakimiyyətdə qalmaqdadır.