Venesuelada hökümət və müxalifət dialoqu bərpa edir

16 Avqust 2019

Venesuelada aylardır davam edən hakimiyyət mübarizəsi fonunda hökümətlə müxalifət yenidən danışıqları bərpa etmək istəyirlər.

Venesuelada hökümət və müxalifət dialoqu bərpa edir

Keçən həftə prezident Nikolas Maduro müxalifət lideri Xuan Quaydo ilə planlaşdırılan danışıqları ləğv etmiş və bu addımla Amerika sanksiyalarına qarşı reaksiya vermiş oldu. Xarici işlər naziri Xorge Arreaza cümə axşamı prezident Maduronun yalnız fasilə elan etdiyini və müxalifət ilə dialoqdan imtina etmədiyini açıqlayıb. Arreaza əlavə edir ki, əlaqə olacaqdır və dialoq bərpa ediləcəkdir

Müxalifət lideri Quaydo də çərşənbə günü təsdiq edib ki, Norveçin nümayəndələri Karakasdadırlar və bütün proseslərdə iştirak edilməlidir ki, böhran həll edilsin. 

Qeyd etmək lazımdır ki, iki tərəf arasında danışıqlar Norveç hökümətinin vasitəçiliyi ilə aparılır.