Villeroy: Sazişsiz Breksitə hazırıq

02 Aprel 2019

Beynəlxalq maliyyə bazarlarında böyük maraqla izlənilən Breksit prosesinin Avrozonada təsiri fonunda müsbət xəbər yayılıb.

Villeroy: Sazişsiz Breksitə hazırıq

Maliyyə bazarlarında sazişsiz Breksitin iqtisadiyyata təsirləri tam dərk edilmədiyini bildirən Avropa mərkəzi bankının idarə heyəti üzvü Villeroy, sazişsiz Breksitə hazır olduqlarını vurğulayıb. 


Qeyd etmək lazımdır ki, bazar ertəsi Breksit sazişinə dair parlamentdə keçirilən səsvermə ikinci dəfə uğursuz olub və beləliklə, sazişsiz Breksitin ola biləcəyi ehtimalları artıb. Bunun Avrozona iqtisadiyyatına mənfi təsir edə biləcəyi gözləntiləri isə bazar iştirakçılarının diqqət mərkəzindədir.