Vilyams: 2019 və 2020-ci illərdə böhran gözlənilmir

29 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında Amerika iqtisadiyyatına dair açıqlanan müsbət şərhlər bu dəfə FED üzvü Vilyamsdan gəlib.

Vilyams: 2019 və 2020-ci illərdə böhran gözlənilmir

ABŞ iqtisadiyyatının çox yaxşı vəziyyətdə olduğunu deyən FED üzvü, 2019 və 2020-ci illər ərzində böhran üçün yüksək risklərin olmadığını əlavə edib. 


Bununla yanaşı, Amerika mərkəzi bankının (FED) idarə heyəti üzvü Con Vilyams iqtisadçıların böhranları proqnozlaşdırmaqda çox yaxşı olmadıqlarını da vurğulayıb.