Xaos yarada biləcək Breksit ehtimalları və GBP

10 Aprel 2019

Bu gün İngiltərə iqtisadiyyatı üçün önəmli olmaqla yanaşı, Breksit prosesinin gələcəyi fonunda da veriləcək qərarlar da investorların diqqət mərkəzindədir.

Xaos yarada biləcək Breksit ehtimalları və GBP

AB-də Breksit tarixinin uzadılması müzakirələri və GBP. 

Beynəlxalq maliyyə bazarlarında bu gün funtun qiyməti investorların diqqət mərkəzində olacaqdır.

Belə ki, həm Bakı vaxtı ilə saat 12:30-da açıqlanacaq İngiltərənin xarici ticarət, sənaye və iqtisadi inkişaf dinamikası ilə bağlı önəmli fundamental göstəricilər, həm də AB-nin zirvə toplantısında sazişsiz Breksit fonunda aparıcılacaq müzakirələrin nəticələri GBP/USD məzənnəsində dalğalanmanın daha güclənməsinə təsir edə bilər.


AMB-nin açıqlamaları və ABŞ-dan inflyasiya göstəriciləri. 

Bununla yanaşı, Bakı vaxtı ilə saat 16:30-da baş tutacaq Avropa mərkəzi bankının mətbuat konfransı və ABŞ-dan açıqlanacaq inflyasiyaya dair önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir. Bu baxımından Avro və dolların qiymətlərində də güclü dalğalanmalar gözlənilir.


1308$ qızıl qiyməti üçün önəmli sınaq olacaqdır. 

Dünyada siyasi və iqtisadi risklərin artdığı bir vaxtda əlvan metallar bazarlarında qızılda bahalaşma davam edir və bir unsiya üzrə qiymət 1308$-ın üzərində möhkəmlənərsə, 1320$-a kimi də dəyər qazana bilər.