XAUUSD 1316-1302 aralığında dalğalanmaqda

13 Fevral 2019

Əlvan metallar bazarlarında qızılın qiyməti dar dəhliz daxilində dalğalanmaqda davam etsə də bunun uzun çəkməyəcəyi ehtimal edilir.

XAUUSD 1316-1302 aralığında dalğalanmaqda

Qızılın (XAUUSD) qiymətlərinə nəzər saldıqda fevralın 4-dən üfüqi dalğalanmanın olduğunu görmək olar. 


Belə ki, yuxarı hərəkət zamanı qiymətlər 1316 və aşağıdan isə 1302 səviyyələri rahat keçilə bilmir. Lakin analitiklərin fikrinə görə, qiymətlərin bu diapazonda uzun müddət qalması proqnozlaşdırılmır. 


Təhlillərə əsasən, qiymətin 1316.50 səviyyəsinin üzərində qalması, növbəti daha sürətli yuxarı istiqamətlənmənin başlanğıcı ola bilər.


Aşağı hərəkət zamanı qiymətlər mütləq 1300 hədəfinin altında qalmalıdır ki, bu, eniş trendinin təsdiqi olsun.