NZD/USD yenidən dəyər qazanır

28 İyun 2019

Keçən həftədə 0.6490 hədlərindən dəyər qazanmağa başlayan Yeni Zellandiya dolları uzun müddət sonra yenidən 0.6710 həddlərini gördü.

NZD/USD yenidən dəyər qazanır

Maliyyə Bazarlarında keçən həftədə 0.6490 hədlərindən dəyər qazanmağa  başlayan Yeni Zellandiya dolları uzun müddət sonra yenidən ABŞ dolları qarşısında bahalaşaraq 0.6710  həddlərini gördü. 

 

Hazırda 0.6712 həddlərində ticarət olunan NZD/USD maliyyə aləti üçün 0.6750 səviyyəsi vacib hesab edilir ki, qiymətin bu səviyyənin üzərində ticarət olunması maliyyə cütlüyünün daha da bahalaşmasına səbəb ola bilər.  

 

Əks halda  NZD/USD maliyyə cütlüyünün qiymətinin yenidən 0.6630 həddlərinə kimi ucuzlaşmasının şahidi ola bilərik.