Yaponiya fond bazarlarında son vəziyyət

28 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında Yaponiyanın "NIKKEI" indeksində ucuzlaşma investorların diqqət mərkəzindədir və 21170 ucuzlaşmanı sürətləndirə bilər.

Yaponiya fond bazarlarında son vəziyyət

Yaponiyanın "NIKKEI" indeksinin qiymətləri 21600 səviyyəsinin üzərində möhkəmlənə bilməməsi nəticəsində hal-hazırda enişlər müşahidə olunur. Bu gün ərzində qiymətlər 21539-dan 21278-ə qədər geriləyib. Fond bazarlarında indeks hal-hazırda 21343 qiymətində ticarət olunmaqdadır.


Qiymətlərin 21170 səviyyəsinin altında qalması fonunda növbəti enişlərin şahidi olmaq mümkündür. 


Yuxarı hərəkətin davam etməsi üçün isə qiymətlər 21635 hədəfinin üzərində möhkəmlənməlidir.