Yaponiya ilə Çin ticarət danışıqlarını bərpa edirlər

16 Aprel 2018

ABŞ ilə Çin arasında ticarət münasibətlərinin gərginləşdiyü bir dövrdə, Yaponiya və Çin pozulmuş iqtisadi dialoqu yenidən bərpa edirlər.

Yaponiya ilə Çin ticarət danışıqlarını bərpa edirlər

Bazar ertəsi Yaponiyanın xarici işlər naziri Taro Kono danışıqlar fonunda mətbuata açıqlamasında, iki ölkənin regionda və dünyada artan iqtisadi mövqelərini birləşdirmələri üçün yeni perspektivlərə ehtiyac olduğunu bildirib. Çinli həmkar Vanq Yi isə öz növbəsində Yaponiya ilə danışıqların iqtisadi əməkdaşlıq üzərindən dərinləşə biləcəyini vurğulayıb. 


Qeyd etmək lazımdır ki, Yaponiya ilə Çin arasında münasibətlər uzun illərdir ərazi mübahisələri və Yaponiyanın müharibə keçmişi ilə bağlı korlanmışdır. Bu gün isə sözügedən iki dövlət arasında danışıqların bərpası, ABŞ ilə Çin arasında ticarət münasibətlərinin gərginləşməsi dövrü ilə üst-üstə düşür.