Yaponiya iqtisadiyyatı dünya bazarlarında tələbin azalması ilə zəifləyir

25 İyul 2016

Yaponiya iqtisadiyyatı dünya bazarlarında tələbin azalması və yenin bahalaşması fonunda əziyyət çəkir

Yaponiya iqtisadiyyatı dünya bazarlarında tələbin azalması ilə zəifləyir
Yaponiyanın ixracı 2015-ci ilin oktyabr ayından etibarən azalmaqda davam edir. 
 
Yaponiyanın maliyyə nazirliyinin bazar ertəsi verdiyi məlumata görə, ölkənin ixrac həcmi iyun ayında 7.4% azalıb və beləliklə, azalma 9-cu aydır ki ard-arda davam edir. Yaponiya iqtisadiyyatı dünya bazarlarında tələbin azalması və yenin bahalaşması fonunda əziyyət çəkir.
 
Lakin idxalın iyun ayında daha çox azalması ticarət balansının artmasına səbəb olub. Nazirliyin açıqlamasında iyun ayında idxalın 18.8% azaldığı və beləliklə, ticarət saldosunun 693 milyard yenə kimi artması bildirilir.
 
Qeyd etmək lazımdır ki, Yaponiya höküməti zəifləyən iqtisadiyyatın inkişafını sürətləndirmək üçün 187 milyard dollar həcmində iqtisadi inkişaf proqramı planlaşdırır. Bu rəqəm isə ABŞ və Çindən sonra dünyanın 3-cü ən böyük iqtisadiyyatın ÜDM-nin 4%-i təşkil edir. Yaponiya iqtisadiyyatı son illər deflyasiya, gəlirlərin və investisiyaların azalmasından əziyyət çəkir. Ölkə üçün son aktual problem isə yenin sürətlə bahalaşmasıdır ki, bu da ölkə məhsullarının xarici bazarlarda rəqabətliliyinə mənfi təsir edir.
 
Bu həftənin cümə günü Bakı vaxtı ilə saat 09:00-da isə Yaponiya Mərkəzi Bankının gələcək pul-kredit siyasti ilə bağlı qərarı açıqlanacaq.