Yaponiya iqtisadiyyatı fonunda nikbinlik azalmaqda

08 May 2020

Yaponiyanın xidmət sektorunda işgüzarlığın azalmaqda davam etməsinə dair göstəricilər, mart ayı üzrə ümidləri azaltı.

Yaponiya iqtisadiyyatı fonunda nikbinlik azalmaqda

"Markit" araşdırma mərkəzinin cümə günü açıqladığı rəsmi məlumatlara əsasən, aprel ayında xidmət sektorunda biznes aktivliyini ölçən indeks 21.5 punkta düşüb. 

Bununla yanaşı, Yaponiya hökümətinin mart ayı üzrə dərc etdiyi rəsmi statistikaya əsasən, ev təsərrüfatlarının xərcləri aylıq müqayisədə 4, illik müqayisədə isə 6% azalıb. Beləliklə, aylıq göstərici proqnozları doğrultsa da illik göstərici proqnozlardan yaxşı dərc edilib. Mütəxəssislər illik müqayisədə 6.7%-lik azalma ehtimal edirdilər. 

Lakin aprel ayı üzrə göstəricilərin mənfi açıqlanması, mart ayının müsbət tendensiyanı kölgədə qoymuş olur.