Yaponiya iqtisadiyyatında güclü inkişaf

08 Mart 2019

Beynəlxalq birjalarda Yaponiya iqtisadiyyatının inkişaf dinamikasına dair böyük maraqla gözlənilən fundamental göstəricilər proqnozları üstələyib.

Yaponiya iqtisadiyyatında güclü inkişaf

Yaponiya iqtisadiyyatı 2018-ci ilin sonuncu rübündə proqnozlaşdırılandan daha çox inkişaf edib. Yaponiya hökümətinin cümə günü açıqladığı rəsmi məlumatlara əsasən, ÜDM 2018-ci ilin dördüncü rübdə rüblük müqayisədə 0.5%, illik müqayisədə isə 1.9% artıb. ÜDM ölkədə müvafiq dövr ərzində istehsal olunan mal və xidmətlərin dəyəridir və ölkə iqtisadiyyatının gücünü əks etdirir.


İqtisadçılar rüblük müqayisədə yalnız 0.4%, illik müqayisədə isə 1.8% artın ehtimal edirdilər. 


Açıqlamaya əsasən, inkişafın sürətlənməsinə səbəb özəl sektorun investisiyalarının artmasıdır. Üçüncü rübdə isə təbii fəlakətlər istehsal və ixraca mənfi təsir etməklə iqtisadiyyatın 2.6% geriləməsinə təsir etmişdi.