Yaponiyada inflyasiya 0.5%-ə çatıb

19 Aprel 2019

Yaponiyada neft və ərzaq məhsulları nəzərə alınmadan hesabalan inflyasiya göstəricisi proqnozlaşdırılandan daha sürətlə 0.8% artıb.

Yaponiyada inflyasiya 0.5%-ə çatıb

Yaponiya hökümətinin cümə günü açıqladığı rəsmi məlumatlara əsasən, ölkədə istehlak qiymətləri indeksi mart ayında illik müqayisədə 0.5%, istehlak qiymətlərinin baza indeksi (neft və ərzaq məhsulları istisna olmaqla) isə illik müqayisədə 0.8% artıb. 


Fevral ayında göstəricilər müvafiq olaraq 0.2% və 0.7% açıqlanmışdı və iqtisadçılar mart ayında illik inflyasiyanın 0.5%-ə kimi artacağını, baza göstərinin isə 0.7%-də qalacağını proqnozlaşdırırdılar.