Yaponiyada inflyasiya 0.8%-a yüksəldi

24 Yanvar 2020

Yaponiyada inflyasiya son səkkiz ayın maksimumuna yüksəlib.

Yaponiyada inflyasiya 0.8%-a yüksəldi

Yaponiyanın statistika idarəsinin cümə günü açıqladığı rəsmi məlumatlara əsasən, istehlak qiymətləri indeksi dekabrda illik müqayisədə 0.8% artıb. Bu göstərici noyabrda 0.5% yayımlanmışdı.

Qeyd etmək lazımdır ki, ölkədə inflyasiyanın artması, iqtisadi inkişafa əsas verdiyi üçün mərkəzi banklar pul-kredit siyasətindən istifadə edərək 2%-lik hədəfə nail olmağa çalışırlar.